Hyulmand "Yuventus"a "hə" dedi
"Sportinq"in danimarkalı futbolçusu Morten Hyülmand "Yuventus" klubunun təklifini qəbul edib.
Sportline.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçisi gələn tibbi müayinədən keçmək üçün Turinə yollanacaq.
Qeyd edək ki, "qoca sinyora" ötən mövsümü İtaliya A Seriyasında 70 xalla 4-cü pillədə başa vurub.