“Hyundai Accent” udmaq şansını qaçırma!
Azərbaycanın ilk və qanuni mərc şirkəti olan “Topaz” mütəmadi şəkildə reklam kampaniyaları keçirməklə cəmiyyətdə idmana marağı bir qədər də artırmağa çalışır. Şirkətin 1 Oktyabr tarixindən başlatdığı “10-dan Hədiyyə Qazan” adlı tirajlı stimullaşdırıcı növbəti lotereya dekabrın 23-dək davam edəcək.
Lotereyanın mexanizmi aşağıdakı kimidir:
1. Minimum 10 Manat idman mərc oyunlarına mərc etmək
- Mərc edilən biletin barkodunun 30 rəqəmini 5600 qısa nömrəsinə bütün mobil operatorlardan göndərmək. Bunun üçün istifadəçidən heç bir məbləğ tutulmayacaq.
- İstifadəçinin bileti bizim sistemdə yoxlandıqdan sonra (barkodu göndərdiyi vaxtdan 5 dəqiqə sonra) əgər bilet lotereya şərtlərinə uyğundursa, istifadəçiyə 7 rəqəmli unikal kod gələcək. Unikal kodların sayı oyunçunun oynadığı məbləğin 10-a bölünəndən sonra alınan tam rəqəm qədər olacaq. Yəni, istifadəçi 10 manat oynadıqda 1 kod, 20 manat oynadıqda 2 kod, 22 manat oynadıqda yenə 2 kod və s. olacaq. Kodların çox olmağı oyunçunun lotereyada qalib olmaq şansını daha da artırır.
- Əldə edilən unikal kodlar qaydalarda qeyd edilən tarixlərdə virtual lototron vasitəsilə təsadüfi olaraq seçiləcək.
Lotereya çəkilişi zamanı aşağıdakı hədiyyələr oynanılacaq:
- “Hyundai Accent” avtomobili – 3 ədəd. Hər tirajda 1 nəfər qalib olacaq.
- “Samsung Galaxy S9” – 33 ədəd. Hər tirajda 11 ədəd.
- “Playstation 4 Slim” – 33 ədəd, hər tirajda 11 ədəd.
Qaliblər Zəng vasitəsilə məlumatlandırılacaq və hədiyyələr təyin olunacaq tarixdə Nizami 119 küçəsində yerləşən Topaz Flagship məntəqəsində xüsusi hədiyyə təqdimetmə tədbiri ilə təqdim ediləcək.