I Divizionda yeni komanda
Azərbaycan I Divizionunda növbəti mövsümdən yeni komandanın iştirakını izləmək mümkün olacaq. SportLine.az xəbər verir ki, bu komanda Göyçayı təmsil edəcək.
Bu barədə məlumat verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionda çıxış edəcək komandaların sayının 12-ə çatdığını dilə gətirib.
Qeyd edək ki, bundan öncə "Binə"nin iştirakı təstiqini tapıb.