I Liqada çempion olan "Şamaxı"ya Premyer Liqada iştirak üçün lisenziya verilib

2023/2024 mövsümündə I Liqada çıxış edən "İmişli" və "Şamaxı" komandalarına Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilib.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyası qərar qəbul edib.

“İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” isə müvafiq lisenziyanı ala bilməyiblər.

Qeyd edək ki, "Şamaxı" 57 xalla I Liqada çempion olub. 10 xal az toplayan "İmişli" dördüncü pillədə qərarlaşıb.

Beləliklə, "Şamaxı" növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak edəcək.