Ibrahim Üzülmez Super Liqa klubuna rəhbərlik edəcək

"Beşiktaş"ın sabiq futbolçusu və kapitanı İbrahim Üzülmezin Super Liqada bir komanda ilə anlaşdığı iddia edilir.

Sportline.az Nvspor.net-ə istindala xəbər verir ki, 50 yaşlı mütəxəssis gələn həftə yeni komandası ilə rasmi müqavilə imzalayacaq.Klubun adı mətbuata açıqlanmayıb.

Qeyd edək ki, baş məqşçilik karyerasında "Ankaragücü", "Pendikspor" və "Eyüpspor" kimi komandaları çalışdıran Üzülmez 2017-2018 mövsümündə "Rizespor" ilə Türkiyə 1-ci liqasının çempionu olub.