İbrahimoviç koronavirusdan qurtula bilmir

"Milan"ın futbolçuları Zlatan İbrahimoviç və Leonardo Duarte yenidən koronavirus testindən keçib.

Sportline.az "Sky Sport" nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçunun testi müsbət nəticələnib.

Duarte sentyabrın 23-də, İbrahimoviç isə bir gün sonra koronavirusa yoluxub. Futbolçuların tam sağalmadığı üçün A Seriyasının 4-cü turunda "İnter"lə matçı buraxmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "İnter" - "Milan" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.