İbrahimoviç "Mançester Yunayted"lə razılığa gəldi
PSJ ilə müqavilə müddəti bitən Zlatan İbrahimoviç "Mançester Yunayted"lə razılaşıb. SportLine.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, isveçli ulduz "Qırmızı şeytanlar"la bir illik müqaviləyə qol çəkib. "Mançester Yunayted"in transferi Avropa çempionatınadək rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, 34 yaşlı futbolçu bunadək "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan" və PSJ-nin şərəfini qoruyub.