İbrahimoviç "Milan"da ən erkən qolunu vurub

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç İtaliyanın "Milan" klubunun heyətində ən erkən qolunu vurub.

Sportline.az xəbər verir ki, bu, A Seriyasında V turun "Roma" ilə ev oyununa təsadüf edib. 39 yaşlı hücumçu matçın 1 dəqiqə 48-ci saniyəsində fərqlənib.

Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Təcrübəli forvard bu oyunda iki qol müəllifi olub.

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində "Milan"ın heyətində 58 qola imza atıb.