İbrahimoviç Poqbaya görə menecerini hədələyib?

Pol Poqba və Zlatan İbrahimoviçin meneceri Mino Rayola maraqlı açıqlama ilə gündəmə gəlib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, M.Rayola İbrahimoviçin Pol Poqbaya görə onu zarafatla hədələdiyini bildirib: "Pol Poqbanın "Mençester Yunayted"ə keçidi ilə bağlı danışıqlar davam etdiyi müddətdə İbrahimoviç zarafatla məni hədələdi və Poqba başqa komandaya keçsə, ayaqlarını qıracağam dedi". 

Qeyd edək ki, Z.İbrahimoviç taekvondo idman növündə qara kəmər sahibidir.