İbrahimoviç tarixə düşdü

İtaliya A Seriyasının 8-ci turunda “Napoli” ilə keçirilən oyun “Milan"ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, isveçli futbolçu A Seriyasında ardıcıl 8 oyunda qol vuran ilk futbolçu kimi klubun tarixinə düşüb.

39 yaşlı forvard səfər görüşündə dubl edərək 3:1 hesablı qələbədə əsas pay sahibi olub. 

Qeyd edək ki, İbrahimoviç hazırda A seriyasında 10  qolla bombardir, komandası isə 20 xalla liderdir.