İbrahimoviç yeni mesaj verdi: "Tezliklə çox səs-küylü elan olacaq"

"Mançester Yunayted"in sabiq forvardı Zlatan İbrahimoviç yeni  mesajla gündəmə gəlib. Sportline.az Daily Star-a istinadən xəbər verir ki, 35 yaşlı isveçli, ötən gecə meneceri Mino Rayolo ilə 4 saatlıq görüşdən sonra "tezliklə səs-küylü elan olacaq"-deyib. Xatırladaq ki, apreldə dizindən ciddi zədə alan hücumçunun "Mançester Yunayted"lə müqaviləsi iyunun 30-da yekunlaşıb. Mançesterlilərin müqaviləni uzatmaq istəmədiyi Zlatanın ABŞ-ın MLS klublarından biri ilə anlaşacağı gözlənilirdi. Son mesajından sonra isə, təcrübəli futbolçunun Avropa klublarına keçidi yenidən gündəmə gəlib.