İbrahimoviçin meydana dönüş vaxtı açıqlandı
Zlatan İbrahimoviç uğurlu əməliyyat olunub. Sportline.az xəbər verir ki, həkimlər onun ən tezi 8 aydan sonra yaşıl meydana qayıdacağını açıqlayıblar. Xatırladaq ki, isveçli futbolçu Avropa Liqasının 1/4 finalında "Anderlext"lə oyunda dizindən ağır zədə almışdı. Bəziləri onun bu zədədən sonra futbolla vidalaşacağını desə də, 35 yaşlı hücumçu bununla razılaşmayaraq, dönüşünün daha möhtəşəm olacağını bildirmişdi.