İbrahimoviçin yeni kluba keçidi təsdiqlənir

Zlatan İbrahimoviçin yeni kluba keçidi təsdiqini tapmaqdadır. Sportline.az xəbər verir ki, dizindəki ağır zədəyə görə, "Mançester Yunayted"dən ayrı düşən isveçli forvardın karyerasını "Los Anceles Qalaksi"də davam etdərəcəyi bildirilir.

Bu günlərdə İbrahimoviçə məxusus A-Z idman geyim markasının yeni reklam forması da sosial mediaya sızıb. Markanın üzərinə "Los Ancelesə xoş gəldin, Zlatan" yazılmış foto da deyilənlərin doğru olduğuna bir işarədir.