İddiaçılar turniri: Rəcəbov növbəti matçını keçirəcək
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Sportline.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XIII turda ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Rəcəbov ilk dövrədə məğlub olduğu rəqibinə qarşı bu dəfə ağ fiqurlarla oynayacaq.
Hesabında 6 xalı olan Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Eyni xala sahib Karuana 5-cidir. Sıralamaya 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
XIII tur
Teymur Rəcəbov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)
Yan Nepomnyaşi (FIDE) - Rixard Rapport (Macarıstan)
Hikaru Nakamura (ABŞ) - Yan-Kşiştof Duda (Polşa)
Alireza Firuzca (Fransa) - Dinq Liren (Çin)
Xal durumu: Nepomnyaşi - 8,5, Nakamura, Liren - 6,5, Rəcəbov, Karuana - 6, Rapport, Duda - 5, Firuzca - 4,5.