İdmançımız dünyada "ilin ən yaxşısı" seçilə bilər

Azərbaycan millisinin üzvü Rostislav Pevtsov “İlin ən yaxşı triatlonçusu” adına namizəd olub.

Sportline.az xəbər verir ki, 32 yaşlı əslən ukraynalı idmançı cari mövsümdə Avropa çempionatının bürünc medalını qazanıb və Avropa Kubokunun qalibi olub. O, həmçinin akvatlon üzrə dünya çempionatında birinci yerə layiq görülüb. 

Pevtsov Qətərin paytaxtında keçirilmiş I Dünya Çimərlik Oyunlarında da fərqlənib. O, akvatlon üzrə yarışda bürünc medal əldə edib və Kseniya Levkovskaya ilə birlikdə estafetdə ikinci olub. Azərbaycan təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır.

Digər namizədlər böyük britaniyalı Sem Dikkinson və Ben Deykstradır.

Qeyd edək ki, qalibin adı 14 - 16 fevral 2020-ci ildə Avropa Triatlon İttifaqının (ETU) Belarusun paytaxtı Minskdə keçiriləcək konfransında açıqlanacaq.