İdmançımız Rumıniya liqasının pley-offunda

Voleybol üzrə millimizin üzvü Andrey Melnikov “Korona Braşov”la Rumıniya liqasının pley-off mərhələsində çıxış edəcək.

Sportline.az xəbər verir ki, voleybolçumuzun komandası müntəzəm çempionatda 44 xal toplayaraq ikinci yeri tutub.

“Korona Braşov” pley-offda liqada yeddinci olan “Rapid Buxarest”lə qarşılaşacaq.

Qeyd edək ki, Melnikov həmçinin Rumıniya liqasında ən məhsuldar oyunçular arasındadır.

O, 244 xal toplayıb ki, bu da çempionatda dördüncü nəticədir.