III MDB Oyunları çərçivəsində növbəti çövkən matçı keçirilib
III MDB Oyunları çərçivəsində növbəti çövkən matçı keçirilib.
Sportline.az-ın Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb.
Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu gün Azərbaycan millisi də meydana çıxacaq. Komanda A qrupunda ikinci matçını Küveytə qarşı keçirəcək.
Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.