III MDB Oyunları: Qırğızıstanın çövkən komandası bürünc medal qazanıb
III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə üçüncü yer uğrunda oyun keçirilib.
Sportline.az xəbər verir ki, bu qarşılaşmada Qırğızıstan millisi Qazaxıstana qalib gələrək (2:0) bürünc medal qazanıb.
Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.
Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaq.