İkardi ''Qalatasaray''dan ayrılır

UEFA Avropa Liqasında ''Tottenhem'' ilə matçda zədələnən Mauro İkardi mövümün sonunda Qalatasarayı tərk edə bilər.

Sportline.az xəbər verir ki, argentinalı hücumçu üçün İtaliya və İspaniya klubları yarışdadır.

Fiorentina,Atalanta,Roma və Napoli İkardini transfer etmək üçün əsas namizəddir.

İspaniyadan Real Sosyedad,Jirona və Vilyareal İkardini yaxından izləyir.

Qeyd edək ki, hücumçu Qalatasarayın heyətində 85 matçda 59 qolla fərqlənib.