İldırım futbolçunu öldürdü
Peruda futbol matçı zamanı bədbəxt hadisə yaşanıb.
Sportline.az xəbər verir ki, futbolçu Xose Uqo de la Krus Mesa ildırım vurması nəticəsində dünyasını dəyişib.
Bu haqda Relevo məlumat yayıb.
Hadisə Uankayo şəhərinin "Xuventud Bellavista" və "Familiya Çokka" komandalarının görüşündə baş verib.
Futbolçu dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onunla yanaşı qapıçı Xuan Çoka da ciddi yanıq xəsarətləri alıb.