İlk dövrəyə yekun vurulur
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçiriləcək. SportLine.az Apasport.az-a istinadən xəbər verir ki, yarışa müsabiqədənkənar qatılacaq Gürcüstan təmsilçisinin oyunlarını nəzərə almasaq, baş tutacaq III turla I dövrə başa çatacaq. Günün oyunları 2 müxtəlif zalda keçiriləcəyindən eyni saatda başlayacaq. “Gənclik” Olimpiya Kompleksində lider “Telekom” “Lokomotiv”i qəbul edəcək. Zoran Qayiçin yetirmələrinin asanlıqla qalib gələcəyi gözləniləndi. Onların nəinki xal, heç set itirəcəyi də proqnozlaşdırılmır. Qələbə isə “Telekom”un dövrə çempionluğunu rəsmiləşdirəcək. “Azərreyl” Voleybol Mərkəzində təşkil olunacaq “Azəryol” – “Azərreyl” duelində də “dəmiryolçular” aşkar favoritdi. Lakin görüşdə sensasiyanın da qeydə alınması istisna deyil. Təcrübəli Eldar Yusubov gənc Famil Ağayevi taktikada üstələyə bilər. Qeyd edək ki, çempionatımıza gələcək 5-ci komanda Gürcüstan təmsilçisi olacaq. Lakin hələlik federasiyada klubun adını dəqiq bilən yoxdu.
III tur
16 noyabr
“Telekom” – “Lokomotiv” - 3:0 (25:15; 25:11; 25:19)
“Gənclik” Olimpiya Kompleksi
“Azəryol” - “Azərreyl” - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
“Azərreyl” Voleybol Mərkəzi
|
Telekom |
3 |
3 |
0 |
9-3 |
287-227 |
8 |
|
Azərreyl |
3 |
2 |
1 |
8-5 |
287-238 |
6 |
|
Azəryol |
3 |
1 |
2 |
6-6 |
251-254 |
4 |
|
Lokomotiv |
3 |
0 |
3 |
0-9 |
119-225 |
0 |
|
Gürcüstan |
0 |
0 |
0 |
0 |
0 |
0 |