İlk hədəf Qrizman
Gələn mövsümdən "Çelsi"ni çalışdıracaq Antonio Konte transfer planlarından danışıb. SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin əsas hədəfi Antuan Qrizmanı "zadəganlar"ın heyətinə cəlb etməkdir. Hazırda "Atletiko"nun şərəfini qoruyan fransalı futbolçu ilə bir neçə nəhəng klubun yaxından maraqlanması bu keçidin "Çelsi"yə, heç də, ucuz başa gəlməyəcəyi deməkdir.
Qeyd edək ki, Kontenin siyahısında Xavier Pastore, Radya Nainqqolan və Leonardo Bonucci də var.