İlkay Gündoğan karyerasını “Qalatasaray”da davam etdirəcək

"Mançester Siti"nin almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını "Qalatasaray"da davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Türkiyə klubu İlkayla 1 illik müqavilə bağlayıb.

34 yaşlı futbolçu bu gün İstanbulda olacaq.

Qeyd edək ki, İlkayın dəyəri 5 milyon avrodur.