"İmişli" sabiq futbolçusunu geri qaytarıb
"İmişli" klubu sabiq futbolçusu Xəzər Mahmudovu geri qaytarıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2023/2024 mövsümündə də "İmişli"də oynamış futbolçunun son klubu Azərbaycanın I Liqa təmsilçisi “Baku Sporting” olub.