İngiltərə klubu Pavloviçin xidmətində maraqlıdır
"Bavariya"nın almaniyalı yarımmüdafiəçisi Aleksander Pavloviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Pavloviçin dəyəri 55 milyon avrodur.