İngiltərə millisində ciddi itki
İngiltərə millisi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, komandanın aparıcı üzlərindən olan Bukayo Saka sıradan çıxıb.
O, Yunanıstan millisi ilə Millətlər Liqasının ötəngecəki oyununda (1-2) ayağından xəsarət alıb.
Bu haqda baş məşqçi səlahiyyətlərini icra edən Li Karsli məlumat verib.
Sakanın nə vaxt sıraya dönəcəyi hələ məlum deyil.
Qeyd edək ki, hücumçu oyunun 52-ci dəqiqəsində əvəzlənmişdi.