İngiltərə millisinin heyəti açıqlanıb
İngiltərə yığmasının heyəti elan olunub.
Sportline.az xəbər verir ki, komandanın almaniyalı baş məşqçisi Tomas Tuhel, DÇ-2026-nın seçmə mərhələsində bu ay baş tutacaq qarşılaşmalar üçün 26 futbolçuya dəvət göndərib.
Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aaron Ramsdeyl (“Sauthempton”), Ceyms Trafford (“Börnli”).
Müdafiəçilər: Den Börn ("Nyukasl"), Levi Kolvill ("Çelsi"), Mark Quei ("Kristal Pelas"), Ris Ceyms ("Çelsi"), Ezri Konsa ("Aston Villa"), Mayls Luis-Skelli ("Arsenal"), Tino Livramento ("Nyukasl"), Carell Kuansah ("Liverpul"), Kayl Uolker ("Milan").
Yarımmüdafiəçilər: Cud Bellingem ("Real Madrid"), Ebereçi Eze ("Kristal Pelas"), Cordan Henderson ("Ayaks"), Kertis Cons ("Liverpul"), Koul Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal"), Morqan Rocers ("Aston Villa").
Hücumçular: Carrod Bouen (“Vest Hem”), Fil Foden (“Mançester Siti”), Antoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”), Markus Raşford (“Aston Villa”), Dominik Solanke (“Tottenhem”).
İngiltərə millisi martın 21-də "Uembli" stadionunda Albaniya ilə qarşılaşacaq. Bu, Tomas Tuhelin İngiltərə yığmasının sükanı arxasında çıxacağı ilk oyun olacaq. Martın 24-də isə İngilislər Latviyanı qəbul edəcək.