İngiltərə nəhəngi Barış Alperi istəyir

"Qalatasaray"ın futbolçusu Barış Alper "Liverpul"un hədəfindədir.

Sportline.az aspor.com-tr-yə istinadla xəbər verir ki, İngiltərə nəhəngi 25 yaşlı yarımmüdafiəçini heyətə qatmaq istəyir.

Onun UEFA Çempionlar Liqasında "Liverpul"a qarşı oyunu (1-0) mersisaydlıların bu qərara gəlməyinə səbəb olub.

Qeyd edək ki, "Liverpul"dan əvvəl İngiltərənin "Vest Hem" və "Nottingen Forest" klubları da Barış Alperin xidmətində maraqlıdır.