İngiltərə nəhəngi Fermin Lopezi transfer etmək istəyir

"Çelsi" "Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopezi transfer etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

London klubunun baş məşqçisi Enzo Mareska Ferminin oyun tərzini bəyənir.

Qeyd edək ki, "Çelsi" bu keçid üçün "Barselona"ya 50 milyon avro ödəməyə hazırdır.

Ferminin Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 28 matçda 5 qol və 5 asist müəllifi olub.