İngiltərə nəhəngi Osimhen üçün 63 milyon avro ödəməyə hazırdır

"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Osimhen üçün "Napoli"yə 63 milyon avro ödəməyə hazırdır.

İngiltərə klubu 26 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 30 matçda 26 qol və 5 məhsuldar ötürmə müəllifi olub.