İngiltərə nəhəngi Osimhen üçün "Napoli" ilə danışıqlara başlayıb
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Ali Naci Küçükün məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Osimhen üçün "Napoli" ilə danışıqlara başlayıb.
İngiltərə nəhəngi 26 yaşlı hücumçuya illik 17 milyon avro təklif edib.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 33 matçda 29 qol və 6 asistlə yadda qalıb.