İngiltərə nəhəngləri Vinisiusu transfer etmək niyyətindədir

"Real Madrid"in brazilyalı futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Liverpul" və "Arsenal" 25 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Bu haqda "TBR Football" nəşri məlumat yayıb.

Qeyd edək ki, Vini bu mövsüm meydana çıxdığı 7 matçda 3 qol 3 asistlə yadda qalıb.