İngiltərəli futbolçunun meneceri "Barselona" ilə danışıqlara başlayıb

"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Reşfordun meneceri "Barselona" ilə danışıqlara başlayıb.

27 yaşlı hücumçu müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.

Qeyd edək ki, Reşfordun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 asist müəllifi olub.