İngiltərəli qapıçı "Aston Villa"ya keçəcək

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford yayda "Aston Villa"ya keçəcək.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

23 yaşlı kiperlə "Nyukasl Yunayted"də maraqlanır. Lakin Trafford Birmingem klubuna üstünlük verib.

Qeyd edək ki, C.Trafford "Mançester Siti"nin öz yetirməsidir.