İniesta baş məşqçi olmağa hazırlaşır

“Barselona” və İspaniya millisinin sabiq futbolçusu Andres İniesta baş məşqçi olmaq istədiyi bildirilir.

Sportline.az məşhur futbol jurnalisti Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, İniesta artıq məşqçilik kurslarına yazılıb. Futbolçu əvvəlcə aşağı yaş qruplarını çalışdırmaq niyyətində olduğu bildirilir.

A.İniesta oktyabrn 7-də futbolçu karyerasını sonlandırmışdı.

Qeyd edək ki, İniesta futbolçu kimi “Barselona”, “Vissel Kobe” və “Emireytes” kimi klubların şərəfini qoruyub.