İniqo Martinez: “Vini “Qızıl top”a laiqdir”
“Barselona”nın ispaniyalı futbolçusu İniqo Martinez “Qızıl top” mükafatı barədə öz fikirlərini səsləndirib.
Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçu “Qızıl top”un sahibinin Vinisius olacağını qeyd edib.
“Hər kəs bilir ki, “Qızıl top”un qalibi Vinisius olacaq. O buna laiqdir. Ötən mövsüm hər şeyi qazandı. Çoxlu qollar vurur, asistlər edir. Kuboklar qazanmağa vərdiş edib. Çempionlar Liqasında isə əsil vəhşiyə dönüşür”, - deyə İniqo Martinez bildirib.
Qeyd edək ki, Martinez 2023-cü ildən etibarən “Barselona”da çıxış edir.