"İnter" daha bir futbolçu ilə yollarını ayırdı
Bakının "İnter" klubu daha bir futbolçusu ilə yollatını ayırıb. SportLine.az xəbər verir ki, Nika Kvekveski "bankirlər"lə müqavilə yeniləməyib. Futbolçunun karyerasını "Qəbələ"də davam etdirəcəyi gözlənilir. Apasport.az saytının məlumatına görə, "radarlar" yarımmüdafiəçinin xidmətində maraqlıdırlar.
Qeyd edək ki, Topaz Premyer Liqasının ötən mövsümündə 29 oyunda iştirak edən Nika Kvekveskiri aktivinə 4 qol yazdırıb.