"İnter" "Fola"ya qarşı bu futbolçularla mübarizə aparacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Fola" ilə qarşılaşacaq "İnter" iştirak ərizəsini ali futbol qurumuna təqdim edib. SportLine.az xəbər verir ki, baş məşqçi Zaur Svanadze Lüksemburq təmsilçisi ilə görüşdə bu futbolçulara güvənəcək:
Qapıçılar: Səlahət Ağayev, Orxan Sadıqlı
Müdafiəçilər: Slavik Alxasov, Tərlan Quliyev, Adrian Skarlatake, Denis Silva, Sertan Taşkın, İlkin Qırtımov, Cabir Əmirli
Yarımmüdafiəçilər: Mirsahib Abbasov, Elnur Abdullayev, Fuad Bayramov, Məmməd Quliyev, Nizami Hacıyev, Mirhüseyn Seyidov, Samir Zərgərov
Hücumçular: Rauf Əliyev, Pərdis Fərcad-Azad
Qeyd edək ki, "İnter" - "Fola" görüşü sabah saat 20:00-da start götürəcək.