"İnter" gücünü "Binə"yə göstərdi
Növbəti mövsümə hazırlıqları davam etdirən "İnter" yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, "bankirlər" Premyer Liqanın debütantı - "Binə" ilə üz-üzə gəlib.
Matçın taleyini bir qol həll edib. Rauf Əliyevin qolu "İnter"ə qələbə qazandırıb.