"İnter" hərəkətə keçib

"İnter" Rikkardo Kalafiorini heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az "L İnterista" nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi yayda "Arsenal"a təklif göndərəcək.

23 yaşlı sol cinah müdafiəçisi London klubunda xoşbəxt deyil.

Qeyd edək ki, R.Kalafiorinin dəyəri 50 milyon avrodur.