“İnter” ingiltərəli futbolçuya elçi düşüb

“Mançester Yunayted”in ingiltərəli futbolçusu Meyson Mount karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az “İnter Live” nəşrinə istinadən xəbər verir ki, “İnter” Mountu mövsümü sonunda icarə əsasında heyətinə qatmağı düşünür.

26 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Mountun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm 12 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.

Mount 2023-cü ilin yayında 64.2 milyon avro qarşılığında “Çelsi”dən “Mançester Yunayted”ə transfer olunmuşdu.