"İnter" məğlubiyyətdən xilas oldu

Bu gün Topaz Premyer Liqasında 3-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

"Zirə" və AZAL komandalarının duelindən sonra azarkeşlər "İnter" - "Kəpəz" qarşıdurmasına şahidlik edəcəklər. 

İlk iki turdan sonra qələbə üzünə həsrət qalan Gəncə təmsilçisi çətin səfərdə qalib gəlmək niyyətindədir. 4 xalla zirvəni bölüşən "bankirlər" isə növbəti 3 xalla vahid lider olmağı planlaşdırırlar.


19 avqust 2016
TPL, 3-cü tur


“İnter” – “Kəpəz” - 2:2
QOLLAR:
Skarlatake, 25 (1:0); Tural Axundov, 29 (1:1); Ebah, 72 (1:2); Ruslan Abışov, 89 (2:2)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

Banner