"İnter" "Kristal Pelas"dan futbolçu alır
"Kristal Pelas"ın ingiltərəli stopperi Mark Gehi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Tutto Sport" nəşrinə istinadən xəbər verir ki, "İnter" 25 yaşlı mərkəz müdafiəçisi transfer etməyə çalışır.
Gehinin transfer qiyməti 45 milyon avrodur.
Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm meydana çıxdığı 12 matçda 1 qol, 1 asistlə yadda qalıb.