"İnter" "Marsel"ə elçi düşüb

“İnter” Luis Enrikenin transferi ilə bağlı “Marsel” ilə aktiv danışıqlar aparır, lakin oyunçunun dəyəri ilə bağlı fikir ayrılıqları bir maneə ola bilər.

Sportline.az insayder Fabrisio Romanonu xəbərinə görə, klub 2025-ci il Klublararası Dünya Kuboku üçün braziliyalı ilə müqavilə imzalamağa çalışır.

23 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə 18 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Luiz Enrike bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 9 qol və 8 asistlə yadda qalıb.