"İnter Mayami"nin hədəfi
Yayda "Mançester Yunayted"dən azad agent kimi ayrılacaq Karlos Henrike Kazemiro ilə "İnter Mayami" yaxından maraqlanır.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
34 yaşlı futbolçunun dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, Kazemiro 2023-cü ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.