"İnter" cavab oyununda da qalib gəldi

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi - "İnter" cavab matçında doğma azarkeşlər önündə çıxacaq. Rəqib Serbiyanın "Mladost" (Luçani) kollektivi olacaq.

İlk oyunda üç cavabsız qolla qalib gələn Zaur Svanadzenin komandası növbəti mərhələnin bir addımlığındadır. Rəqibin, hətta iki top fərqi ilə qələbəsi də "bankirlər"in yolunu kəsməyəcək.

Qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.


06 iyul 2017
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)

“İnter” (Azərbaycan) – “Mladost” (Serbiya) - 2:0
QOLLAR:
Denis Silva, 23 (1:0); Nizami Hacıyev, 74 (2:0)
QIRMIZI VƏRƏQƏ: Peyoviç, 45+3 ("Mladost")

Baş hakim: Nikolay Balakin
Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko
Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: Robert Malek (Polşa)
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 3:0