"İnter" - "Mladost" oyunu canlı yayımlanacaq

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Mladost" görüşü canlı yayımla tamaşaçılara təqdim olunacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər matçı "CBC Sport" telekanalı vasitəsilə izləyə biləcəklər.

Qeyd edək ki, iyunun 6-da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək. 

Xatırladaq ki, ilk görüşdə Bakı klubu üç cavabsız qolla qalib gəlib.