"İnter" oyunu israillilərə tapşırıldı
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Fola" matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş İsraildən olan briqadaya tapşırılıb.
Qarşılaşmada əsas söz sahibi Eytan Şmuelevits olacaq. Ona Nissan Davidu və Saqi Mazamber köməklik edəcək. Oyunun ehtiyat hakimi funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.
Qeyd edək ki, “İnter” – “Fola” görüşü saat 20:00-da start götürəcək.