"İnter" son oyunda da qələbə qazana bilmədi

Antalyada təlim-məşq toplanışında olan Bakının "İnter" klubu son yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, "bankirlər"in rəqibi Qazaxıstanın "Atırau" klubu olub. 

Buna qədər keçirdiyi hər üç görüşdə məğlub olan Zaur Svanadzenin yetirmələri, yenə qələbə üzünə həsrət qalıblar - 0:0.

Qeyd edək ki, "İnter" Antalyada keçirdiyi hər üç yoxlama görüşündə uduzub. "Verder"in əvəzedici və əsas komandasına 0:1 hesabı ilə uduzan "bankirlər" daha sonra Slovakiyanın "Slovan" klubuna məğlub olub - 0:2.

Banner