"İnter" Turamın transfer qiymətini açıqlayıb
"İnter" fransalı hücumçusu Markus Turamın transfer qiymətini açıqlayıb.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Turam üçün 72 milyon avro tələb edir.
27 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi "Borussiya Münhen Qlaxba"dan "İnter"ə transfer olmuşdu.
Qeyd edək ki, Turam bu mövsüm çıxış etdiyi 36 matçda 15 qol və 4 asistlə yadda qalıb.